DÖVLƏT TƏHLÜKƏSİZLİYİ XİDMƏTİNİN HƏRBİ-TİBB BAŞ İDARƏSİNİN HOSPİTALI
Hal-hazırda klinikamızda skolioz əməliyyatları zamanı istifadə etdiyimiz implantlar və naviqasion sistemlər dünyanın aparıcı skolioz cərrahiyəsi mərkəzlərində tətbiq edilən sistemlərlə eynidir. İnnovativ implantoloji metodikalar, müasir implantlar və naviqasion sistemlərin tətbiqi ilə icra etdiyimiz əməliyyatların uğurluluq dərəcəsi 99%-ə çatmışdır.
Dövlət Təhlükəsizliyi Xidmətinin Hərbi-tibb baş idarəsinin hospitalı ABŞ, Avropa və Türkiyənin aparıcı Skolioz cərrahiyəsi klinikaları ilə iş birliyindədir. Skolioz əməliyyatları Dr.Yusif Zeynalovun rəhbərliyi altında, həmin klinikalardan dəvət olunmuş mütəxəssislərlə birgə, briqada şəklində icra edilir.